Məzmuna keç

Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

“Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Kənd Təsərrüfatı naziri İnam Kərimov təyin edilib.

İndiyə qədər komissiyanın həmsədri İqtisadiyyat naziri olub.

Komissiyanın üzvləri isə aşağıdakı tərkibdə təsdiq edilib:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.