Məzmuna keç

Sumqayıtda külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

Sumqayıt şəhərində "KamAZ"ın üzərinə hasar aşıb, sürücü hadisə yerində ölüb.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb..Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.