Məzmuna keç

Xırdalanda yanğınla nəticələnən yol qəzası baş verib

Abşeron rayonunun Xırdalan şəhərində “Kuba” motosiklet ilə “Toyota” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində motosikletin yanar hissələri yanıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.