23.10.2026
Hindistanda güclü yağışlar daşqınlara səbəb olub –
Dünya

Hindistanda güclü yağışlar daşqınlara səbəb olub –

May 20, 2025

Hindistanın Assam əyalətinin Quvahati şəhəri aramsız yağan yağışlar səbəbindən daşqınlara məruz qalıb.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin bir çox hissəsini su basıb, bu da nəqliyyatın hərəkətinə və gündəlik həyata mənfi təsir göstərib.

Fövqəladə Hallara Qarşı Mübarizə Qrupları (SDRF) Rukminiqaon bölgəsində su basmış küçələrdə qalan vətəndaşları və nəqliyyat vasitələrini xilas etmək üçün xilasetmə əməliyyatları həyata keçirib.

Şəbnəm Mehdizadə