Bu gün 2-ci Vəkil Futbol Liqasının (VFL) final mərhələsində son turun oyunları keçirilib.
E-huquq.az-ın məlumatına görə, oyunlar Böyükşor Bulvarında yerləşən suni örtüklü meydançalarda keçirilib.
Son turda ilk iki yerdə qərarlaşan "Advokat" və "Abşeron" komandaları qarşılaşıb. 4-0 hesabı ilə qalib gələn "Abşeron" I, 1-ci VFL-nin qalibi "Advokat" bu dəfə II, "Barrister"lə 2-2 hesabı ilə bərabərə qalan "Ədalət" komandası isə III yerə layiq görülüb.
Sonda komandalara Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən mükafatlar təqdim edilib.
Mükafat alanlar sırasında "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun üzvü, vəkil Qulam İsmayılzadə də var.
Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib, ilk iki dövrədən sonra ilk 4 yeri tutan komandalar mübarizəni daha iki dövrədən ibarət final mərhələsində davam etdirib.
