Məzmuna keç

Vəkillər Kollegiyasının sədri: “Heç bir müraciəti cavabsız qoymamağa çalışırıq”

"Gənc nəslə dəstək göstərməyə xüsusi önəm veririk. Heç bir müraciəti cavabsız qoymamağa çalışırıq".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Kollegiya maddi imkanlarının məhdud olmasına baxmayaraq, gənclərə dəstək sahəsində səylərini əsirgəmir: "Bizim dövrümüzdə tələbələrə və gənclərə dəstək göstərən qurumlar çox az idi. İndi isə istəyirik ki, Azərbaycan gənclərinə bizim qurumlarımız dəstək versin. Bu, onların gələcək karyerasında mühüm rol oynayır".

Şəbnəm Mehdizadə