Milli Məclisin üzvlərinə deputat vəsiqələri təqdim olunub.
E-huquq.az xəbər verir ki, deputatlar parlamentin bu gün keçirilən plenar iclasında vəsiqələrini alıblar.
Vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edib.
***
12:02
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.
