Məzmuna keç

“Azəriqaz”da koronavirusun yayılmaması üçün tədbirlər görülür – VİDEO

"Azəriqaz” İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmaması üçün profilaktik tədbirlər görülür.

E-huquq.az-ın məlumatına görə, bunu "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

"Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və birliyə gələn insanların hərarəti cihazlarla ölçülür.

O deyib ki, "Azəriqaz”ın hər bir əməkdaşı təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: