Məzmuna keç

Füzuli Rayon Mərkəzi Xəstəxanası 60 min manatlıq sifariş verdi

Füzuli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "BT Texno Servis" MMC olub.

Məlumata görə, qalib şirkətə 60.482,1 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə