Məzmuna keç

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir

Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək.

E-huquq.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.

Belə ki, koronavirusla bağlı şayələr yayılması ilə bağlı fiziki şəxslər 100 manatdan 500 manatadək, vəzifəli şəxslərin 2 min manatdan 5 min manata qədər cərimələnəcək. Bundan əlavə yol verilən bəzi hallara görə isə 1 aylıq inzibati həbs qəti imkan tədbirinin seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.