Dövlət Sərhəd Xidmətinin minik, yük avtomobillərinin, döyüş texnikaları, silah, generator, transformator üçün sürtkü yağları və xüsusi mayelərin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, tenderin dayandırılmasına nəzarət orqanı tərəfindən verilmiş qərar səbəb olub.
Məlumat üçün bildirək ki, sözügedən tenderin ümumi məbləği 1 milyon 423 min 377 manat 36 qəpik təşkil edirdi.
Şəbnəm Mehdizadə
