Məzmuna keç

Hərbi prokuror: “Qeydə alınan cinayətlərin 99,2 faizi açılıb”

Qeydə alınan cinayətlərin 99,2 faizi açılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən hərbi prokuror Bəhruz Əhmədov bildirib.

O deyib ki, son dövrdə cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilib, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilib.

B.Əhmədov vurğulayıb ki, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb olunan səviyyədə prosessual rəhbərlik, eləcə də əməkdaşların peşəkarlığı və əzmi nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faizi açılıb.