Məzmuna keç

Yeni Klinika 82 min manatlıq tenderin qalibini seçdi

"Yeni Klinika" Publik Hüquqi Şəxsin havalandırma sistemləri üçün filtlərin alınması və onların dəyişdirilməsi ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az-ın məlumatına görə, "Steel Materials" MMC tenderin qalibi seçilib.

Müvafiq müqaviləyə əsasən, qalib şirkətə 82.308,54 manat məbləğində ödəniş həyata keçiriləcək.

Şəbnəm Mehdizadə