Məzmuna keç

Rusiya və BƏƏ prezidentləri arasında görüş baş tutacaq

Rusiya prezidenti Vladimir Putin avqustun 7-də BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərinin müzakirəsi planlaşdırılır”, – məlumatda qeyd edilib.

Humay Eminqızı