Məzmuna keç

İsrailin Qəzzaya son hücumlarında 17 fələstinli həlak olub

İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib.

E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalaması nəticəsində biri uşaq olmaqla 3 fələstinli həlak olub.

İsrail ordusunun şəhərin şimalındakı Şeyx Radvan məhəlləsində bir evi hədəfə alması nəticəsində 3 fələstinli həlak olub.

İsrail ordusunun Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində daha bir evi hədəf alması nəticəsində ikisi uşaq olmaqla 4 fələstinli həlak olub.

Eyni zamanda, ordunun Qəzzanın cənubundakı Xan Yunisdə bir evi bombalaması nəticəsində 5 fələstinli həlak olub.

İsrail ordusuna məxsus pilotsuz təyyarənin Xan Yunisin Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını hədəf alması nəticəsində ana və qızı həlak olub.

Humay Eminqızı