Məzmuna keç

141 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edildi

Bu ilin I yarısında 285 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 141 nəfərə isə bu adın verilməsindən imtina edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, dövr ərzində 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 14 nəfərə isə bu adın verilməsindən imtina olunub.