Məzmuna keç

Məhkəmələrin nəqliyyat vasitələrinin təmirinə 196 min manat xərclənəcək

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin istifadəsində olan nəqliyyat vasitələrinin cari və əsaslı təmiri, həmçinin texniki servis xidmətlərinin satın alınması məqsədilə elan edilmiş tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin nəticəsinə əsasən "Best Auto Service" MMC qalib elan olunub.

Müqaviləyə əsasən, şirkət göstərilən xidmətlərə görə 196.493,6 AZN məbləğində ödəniş alacaq.

Şəbnəm Mehdizadə