Məzmuna keç

ADNSU-nun loqosunun rebrending edilməsinə 14 min manat xərclənəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin loqosunun rebrending edilməsi xidmətləri ilə bağlı elan edilən tender tamamlanıb.

E-huquq.az-ın məlumatına görə, "Endorphin" MMC tenderin qalibi seçilib.

Qeyd edək ki, xidmət müqabilində şirkətə 14.160 AZN ödəniş ediləcək.

Şəbnəm Mehdizadə