Məzmuna keç

“Medsol” 3,6 milyon manatlıq sifariş aldı

"Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsinin xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan müxtəlif tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Medsol" MMC olub.

Məlumata görə, qalib şirkətə 3.597.054,56 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə