Məzmuna keç

Nərimanov Tibb Mərkəzinin tenderi baş tutmadı

Nərimanov Tibb Mərkəzi publik hüquqi şəxsinin yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb nəzarət orqanının qərarı olub.

Qeyd edək ki, həmin tenderin dəyəri 68.532,00 manat olub.

Şəbnəm Mehdizadə