Məzmuna keç

Sahibə Qafarova tibbi maskalarla bağlı deputatlara çağırış etdi – YENİLƏNDİ

Deputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəlib

“Milli Məclisin iclasında iştirak edən deputatlardan kim istəyirsə, tibbi maskalardan istifadə edə bilər”.

E-huquq.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, deputatların tibbi maskalardan istifadə etməsi üçün xahişini nəzərə alaraq qanunverici orqanın girişində stolun üstünə tibbi maskalar qoyulub: “Kim istəsə həmin tibbi masklardan istifadə edə bilər”.

***

11:09

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

E-huquq.az xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.