Məzmuna keç

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam

"Mən bütün beynəlxalq ictimaiyyətə Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"

E-huquq.az xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Donald Tramp bu prosesdə həlledici rol oynayıb. Onun öhdəliyi və ardıcıl addımları əvvəllər qeyri-mümkün kimi görünənləri həyata keçirməyə imkan verdi”, – Paşinyan əlavə edib.

O, İlham Əliyevlə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini də xatırladıb.

“Çünki biz onun həqiqətən sülh ideyasına sadiq olduğunu öz gözümüzlə gördük”, – Paşinyan vurğulayıb.