Məzmuna keç

Türkiyədə toy mərasimində 21 nəfər qidadan zəhərlənib

Türkiyənin Kütahya şəhərində şadlıq evində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə toy mərasiminə qatılan 21 nəfərin zalda verilən yeməyi yedikdən sonra halı pisləşib.

Onlar ürəkbulanma, qusma və ishal şikayətləri ilə Kütahya Şəhər Xəstəxanasına müraciət ediblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qidalardan götürülən nümunələr laboratoriyaya göndərilib.

Humay Eminqızı