Məzmuna keç

İnnovasiya və Təchizat Mərkəzi 142 min manatlıq sifariş verdi

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsinin İnternet, Mobil və Stasionar telefon, Radiorabitə xidmətləri ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olub.

Məlumata görə, qalibə 142.704,48 manat vəsait ödəniləcək.

Humay Eminqızı