Məzmuna keç

Gəncədə maşın piyadanı vurub öldürdü

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.