“Hüquqi, publik şəxslər, fəaliyyətinə icazə verilən qurumlar sabahdan etibarən əməkdaşları üçün elektron icazə almağa başlaya bilərlər”.
E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:
“Kim əməkdaşları üçün icazə alacaqsa, sabah – aprelin 3-ü saat 10:00-dan etibarən icaze.e-gov.az saytında arayışları əldə edə bilərlər", – deyə, İ. Məmmədov qeyd edib.
