22.10.2026
Ana və qızını qətlə yetirən keçmiş məhkuma ömürlük cəza verilib
Məhkəmə

Ana və qızını qətlə yetirən keçmiş məhkuma ömürlük cəza verilib

Apr 30, 2019

Cəlilabadda ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramov ömürlük azadlıqdan məhrum edilib.

"E-huquq.az"ın xəbərinə görə, bu barədə hökmü Lənkəran Ağır Cinayətlər Məhkəməsi çıxarıb.

Daha sonra məhkum Şirvan Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayətini təmin olunmayıb.

Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri – 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.