Məzmuna keç

Sahil Babayev: Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin

Sahil Babayev: Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda iş yerlərində hər hansı ixtisarlara yol verilmir, həyati vacib orqanlarda minimal sayda işçi ilə işə cəlb edilir.

E-huquq.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, son 10 gündə əmək müqavilərinin sayında azalma deyil, əksinə ciddi artımlar baş verib:

“Burada sahibkarlar dövlətin göstərdiyi dəstəkdən faydalanaraq ixtisarlara yol verməməlidirlər. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə səbəblər müəyyən edilir. Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin. Hazırda qeyri-neft sektorunda 690 min nəfər işçinin əmək müqaviləsi var".