Türkiyə Ermənistanla müxtəlif səviyyələrdə dialoqu davam etdirir.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"İrəvan münasibətlərin normallaşması məsələsində açıq mövqe nümayiş etdirir və hər iki tərəf konkret addımların hazırlanması üzərində birgə işləyir", — Türkiyə XİN başçısı parlamentdə bildirib.
