Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
E-huquq.az-ın məlumatına görə, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
