Məzmuna keç

İlham Əliyev: “Azərbaycanda testlərin aparılması üçün 5 yeni laboratoriya yaradılıb”

İlham Əliyev: "Azərbaycanda testlərin aparılması üçün 5 yeni laboratoriya yaradılıb”

“Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayılıq yeri olmaqla 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətləri yüksək qiymətləndirilir: “Onların maaşı əmək haqlarının 4-5 misli qədər artırıldı. Bu da dövlətin onlara göstərdiyi diqqət və qayğının təzahürüdür”.

Prezident İlham Əliyev vurğulayıb ki, indiyə kimi ölkə üzrə 6000-ə yaxın test keçirilib: “Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu yerdəyik. Hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir. Onların 5-i yeni yaradılıb”.