Polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, son bir ayda qeydə alınmış 1 186 cinayətin böyük əksəriyyəti açılıb, 1 860 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 485 şəxs tutulub, 106 cinayətkar qrup zərərsizləşdirilib.
Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.
