Məzmuna keç

“Pandemiya və vəkillik: kim kimə?” adlı online müzakirə paneli keçiriləcək

Bu gün “9 1/2 Korona Qanunları” adlı xüsusi Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçiriləcək “Pandemiya və vəkillik: kim kimə?” adlı online müzakirə paneli baş tutacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, paneldə Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Azərbaycan vəkilliyi təmsil olunacaq: "Hər kəs qeydiyyatdan keçib iştirak edə bilər, sual vermək də mümkündür. Forum aprel ayının 10-da başlayıb və çox maraqlı keçir, pandemiya dövrünün ən aktual mövzuları müzakirə olunur. Forum arxivi ilə tanış olmaq hər bir hüquqşünas üçün faydalı olar. Sizləri maraqlandıran bir çox suallara nüfuzlu beynəlxalq ekspertlər cavab verirlər".

Qeyd edək ki, Forum Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.