Məzmuna keç

Azərbaycanda 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

Azərbaycanda 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

Son 12 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə e-huquq.az-a Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.