Prezident İlham Əliyev Faiq Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.
