Məzmuna keç

Novxanıda restoran yandı

Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.