Məzmuna keç

Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib.

Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.

Mənbə: Report