Məzmuna keç

Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik.

Milli Gününüz mübarək, Sudan!" – paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik.

Milli Gününüz mübarək, Kuba!" – paylaşımda vurğulanıb.