Məzmuna keç

Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etdi

Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Ayman as-Safadi ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

E-huquq.az xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Görüş zamanı Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub", – məlumatda qeyd edilib.