Məzmuna keç

Azərbaycan və Türkiyə parlamenti sədrləri arasında telefon danışığı oldu

Azərbaycan Milli Məclisi Türkiyə Böyük Millət Məclisini yaradılmasının 100 illiyi münasibətilə təbrik edib.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Spiker qeyd edib ki, aprelin 23-də TBMM-in sədri Mustafa Şəntopla telefon əlaqəsi saxlayıb və Milli Məclis adında təbrikini çatdırıb.