“Koronavirusa yoluxan şəxs nə qədər tez aşkar olunsa, onun izolyasiyaya alınması müsbət nəticə verər. Azərbaycan da bu baxımdan təqdirəlayiq addım atmış oldu”.
E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
O qeyd edib ki, karantin rejiminin vaxtında elan edilməsi də yoluxma sayının azalmasına təsir göstərdi: “Eyni zamanda ölkəyə gələn şəxslərin tək-tək yoxlanılması və virusun aşkar olunduğu şəxslərin ayrılmış xəstəxanalarda vaxtında karantinə alınması alqışlanan addımdır”.
