Məzmuna keç

DİN: Mağazadan 30 min manatlıq qızıl oğurlayan şəxs tutulub

DİN: Mağazadan 30 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Abşeron rayonunda mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Masazır qəsəbəsi ərazisindəki mağazaların birində A.Çaruxçerə məxsus içərisində 30.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Hacıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.