Məzmuna keç

Qərargah: Toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır

"Bütün ölkə ərazisində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır. Çünki bu, kütləvilik təşkil edən məsələlərdəndir".

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, eləcə də əsgərlərin yaxınları ilə görüşü də əvvəlki qaydada qadağandır.