Məzmuna keç

Ramin Bayramov: “Azərbaycanda koronavirus aşkar edilməyən rayonlar var”

"Azərbaycanda koronavirus aşkar edilməyən rayonlar var. Amma ətraf rayonlarda yoluxma faktları olduğundan hələ də həmin ərazilər sarı zona hesab edilir".

E-huquq.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, nə zaman həmin ərazilər təhlükədən çıxacaq və yoluxma sıfra enəcək o zaman həmin yerlər yaşıl zona ediləcək.