Məzmuna keç

Sumqayıtda ikimərtəbəli tikili yanıb

Sumqayıtda ikimərtəbəli tikili yanıb

Sumqayıtda ikimərtəbəli tikili yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 2000 m² olan ikimərtəbəli tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 800 m² sahədə və dam örtüyü 400 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.