"Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb".
E-huquq.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Bizim TƏBİB-lə birgə həyata keçirdiyimiz tədbirlərlə 800-dən çox sürücü yoxlanılıb. Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur", – o bildirib.
