Məzmuna keç

BNA: Bu ay 48 mindən çox cərimə yazılıb, amma rəsmiləşdirilməyib

"Bir həftə əvvəllə müqayisədə paytaxtda nəqliyyat axınının 10-12% güclənməsi müşahidə edilir. Nəqliyyat vasitələrinin xaotik hərəkəti tıxaclara səbəb olur".

E-huquq.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Son nəticədə, məsələn, Bakının Yusif Səfərov küçəsində 10-15 avtobusunun tıxacda gözlədiyini görürük. Bu isə sərnişinlərin dayanacaqlarda gözləmə vaxtının artmasına səbəb olur", – deyə o, qeyd edib.

V.Kərimli həmçinin deyib ki, mayın 1-dən qanunsuz dayanma və durma hallarına görə cərimələr bərpa olunub və 48 295 cərimə yazılıb: "Lakin bu cərimələr pandemiya dövründə yazıldığı üçün hələ ki, rəsmiləşdirilməyib".

Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin müddəti bu ayın sonuna qədər uzadılıb.