Məzmuna keç

Ötən il Ali Məhkəmənin hərbi kollegiyasında baxılan işlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin hərbi kollegiyasında baxılan işlərin sayı açıqlanıb

2018-ci ildə Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyasında baxılan işlərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin fəaliyyətinə dair məlumatda qeyd edilib.

Bildirilib ki, ötən il Ali Məhkəmənin hərbi kollegiyasında 142 nəfər barəsində 102 işə baxılıb. 2017-ci ilin müvafiq dövründə isə 134 nəfər barəsində 112 işə baxılıb. Bu da 2018-ci ildə baxılmış işlərin sayına görə 10 iş (8,9 %) azalmasını, şəxslərin sayına görə isə 8 (6%) nəfərin artmasını göstərir.

Bundan başqa, 2018-ci ildə 6 nəfər barəsində 5 iş ləğv olunub. 2017-ci ilin müvafiq dövründə isə 11 nəfər haqqında 10 iş ləğv edilib. Bu da 2018-ci ildə ildə 5 iş (50%) və 5 (45.5%) nəfər barəsində ləğvin azalmasını göstərir.

Ötən il Ali Məhkəmənin hərbi kollegiyasında baxılan 142 işdən 68-i barəsində qərar dəyişdirilmədən saxlanılıb, 34-ü dəyişdirilib, 34 cinayət işi isə apellyasiya instansiya məhkəməsinə geri qaytarılıb.