Məzmuna keç

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

Prezident İlham Əliyev Şanlı Zəfərdən sonra – 28 May – Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd etdiyini və bunun, artıq bir ənənəyə çevrildiyini bəyan edib.

E-huquq.az xəbər verir ki, Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə dövlət başçısı bildirib ki, onun fikrincə bu ən düzgün seçimdir:

"Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt – 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq", – o deyib.