Məzmuna keç

DİN paytaxtda baş verən qətllə bağlı rəsmi məlumat yayıb

DİN paytaxtda baş verən qətllə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakının Sabunçu rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.

E-huquq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da, gecə saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib, sonra hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.